Maaş və təqaüdləri istədiyimiz bankdan ala biləcəyik? – Rəsmi cavab

admin
Gündəlik son xəbərlərlə sizi təmin etmək əsas piroritetdir bizim üçün.
1 Min Read

“Ödəniş xidmətlərinə əlçatanlığın artırılması istiqamətində davamlı olaraq aidiyyəti dövlət qurumları ilə birlikdə zəruri tədbirlərin icrası həyata keçirilir”.

Bu barədə məlumata görə, Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.

Bildirilib ki, hazırda təqaüdçülərə və dövlət büdcəsindən əməkhaqqı alan şəxslərə vəsaitlərin alınması üzrə sərbəst bank seçimi imkanının yaradılması məqsədilə Mərkəzi Bank aidiyyəti dövlət qurumları ilə birlikdə görülməli işlər barədə aktiv müzakirələr aparır: “Qeyd olunan modelin əsas üstünlüyü təqaüdçülərə və dövlət büdcəsindən əməkhaqqı alan şəxslərə onlara xidmət göstərən bankı müstəqil seçmək imkanını təqdim etmək, habelə müştəri bazasının formalaşdırılması üzrə banklar arasında rəqabətliliyin artırılmasına dəstək göstərməkdir”.

Xatırladaq ki, bir müddət əvvəl ekspertlər tərəfindən əməkhaqqı və pensiyaların vətəndaşın istəyinə uyğun olaraq istənilən bankdan almaq imkanı tanınacağı açıqlanmışdı.

Mənbə

    Share This Article
    Follow:
    Gündəlik son xəbərlərlə sizi təmin etmək əsas piroritetdir bizim üçün.
    Şərh edilməmiş