Macarıstan və Slovakiya Avropa İttifaqı ölkələrinin Polşa tərəfindən hazırlanmış “Avropada demokratiyanın gücləndirilməsi” haqqında bəyannaməsinin qəbulunu əngəlləyib.
Bu barədə Macarıstanın Avropa İttifaqı üzrə naziri Yanoş Boka Brüsseldə keçirilən Aİ-nin Ümumi İşlər Şurasının iclasından sonra məlumat verib.
“Macarıstan və Slovakiya hazırda Aİ Şurasına sədrlik edən Polşanın irəli sürdüyü təşəbbüsə dəstək vermədi”, – deyə Boka Belçikanın paytaxtında jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, Polşanın hazırladığı sənəddə qeyri-hökumət təşkilatlarının maliyyələşməsində şəffaflıq tələbi yer almayıb. Boka vurğulayıb ki, bu təşkilatlar tez-tez müxtəlif siyasi qüvvələr tərəfindən alətə çevrilir və xaricdən maliyyə alırlar.
Macarıstan bu cür təcrübəyə qarşı çıxır. Nazir əlavə edib ki, Macarıstan hökuməti və bəzi digər ölkələrin liderləri Aİ-də QHT-lərin demokratik cəmiyyətdəki rolunu düzgün başa düşmədiklərini hesab edir.