
Fransa Azərbaycan və Ermənistanın yekun sülhə nail olmaq və sülh sazişi imzalamaq səylərini dəstəkləyir.
Bunu Fransa Prezidenti Emmanuel Makron Avropa Siyasi Birliyinin sammitinin plenar iclasında çıxışı zamanı bildirib.
“Biz bu mühüm sənədin – sülh sazişinin imzalanması yolunda hər iki tərəfi tam dəstəkləyirik”, – o vurğulayıb.