Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov İslam İnkişaf Bankı Qrupunun İllik Toplantısı çərçivəsində Qvineyanın planlaşdırma və beynəlxalq əməkdaşlıq naziri İsmael Nabe ilə görüşüb.
Bu barədə Mikayıl Cabbarov özünün “X” hesabında məlumat paylaşıb:
“Ölkələrimizin iqtisadi-ticarət və investisiya üzrə fəaliyyət imkanları, infrastruktur, enerji, təbii resurslardan səmərəli istifadə, bilik və təcrübə mübadiləsi sahəsində əməkdaşlığın perspektivlərini müzakirə etdik”.