İtaliya B Seriya təmsilçilərindən “Sassuolo” “Milan”ın rekordunu qırıb.
Məlumata görə, “Sassuolo” “Kremoneze” (1:1) ilə qarşılaşmada bir qola imza atıb.
Bu, cari mövsümdə komandanın 78-ci qolu olub. Beləliklə, klub “Milan”ın 40 ildən çox davam edən tarixi rekordunu qırıb.
1982/1983 mövsümündə “Milan” B Seriyasında çıxış edib və həmin mövsüm 77 qol vurub.
Qeyd edək ki, İtaliyanın B Seriyasında mövsümün bitməsinə 2 tur qalmış “Sassuolo” yüksək liqaya keçidini təmin edib.