Milli Konservatoriyanın prorektoru vəzifəsindən azad edilib
Azərbaycan Milli Konservatoriyasında kadr dəyişikliyi olub.
Məlumatda deyilir ki, Milli Konservatoriyanın tədris işləri üzrə prorektoru, tarzən, professor Malik Quliyev vəzifəsindən azad edilib.
Milli Konservatoriyadan faktı etibarlı mənbə təsdiqləyib.
Milli Konservatoriyanın prorektoru vəzifəsinə kim təyin edilib?
Eyni zamanda, verilən məlumata görə, Nizami Əsədov Milli Konservatoriyanın tədris işləri üzrə prorektor vəzifəsinə təyinat alıb.
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi faktı etibarlı mənbə ilə təsdiqləyib.
Qeyd edək ki, o, bu təyinata qədər Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Təhsil şöbəsinin müdiri vəzifəsində çalışıb.