Milli Məclisin deputatları NATO PA-nın sessiyasında iştirak edəcəklər

Fidan Məmmədli
0 Min Read

Milli Məclisin deputatları NATO Parlament Assambleyasının sessiyasında iştirak edəcəklər.

İclasa NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Ramid Namazov və nümayəndə heyətinin üzvü Tahir Mirkişili qatılacaqlar.

Onlar bu məqsədlə sabah ABŞ-nin Ohayo ştatının Dayton şəhərinə səfər edəcəklər.

Qeyd edək ki, sessiya çərçivəsində seçkilərin kibertəhlükəsizliyinin gücləndirilməsi, transatlantik tərəfdaşlığa çağırış, cari və gələcək təhdidlərlə mübarizə, Dayton sazişlərinin imzalanmasının 30 illiyi və digər mövzularda müzakirələr aparılacaq.

    Share This Article
    Şərh edilməmiş