Rumıniyanın “UTA Arad” klubunun baş məşqçisi Mirça Rednik “Kəpəz”lə danışıqlar apardığını etiraf edib.
Məlumata görə, təcrübəli mütəxəssis Azərbaycana geri qayıda bilər:
“Maliyyə baxımından azərbaycanlılar məni razı saldılar. Amma biz hələ mövsümün sonunu gözləyirik. Mən UTA-da sanki könüllü işləyirəm”.
Qeyd edək ki, Rumıniya klubunda maliyyə problemi olduğu üçün uzun müddətdir ki, maaşlar verilmir.
Xatırladaq ki, daha əvvəl “Kəpəz”in rumıniyalı mütəxəssislə ilkin razılığa gəldiyi və tərəflərin üç illik müqavilə imzalaya biləcəyi barədə məlumatda deyilir. 63 yaşlı mütəxəssis əvvəllər “Xəzər Lənkəran”ı da çalışdırıb.