Mirzoyan: Ermənistan Rusiya ilə bütün istiqamətlərdə əməkdaşlığı davam etdirmək niyyətindədir

Fidan Məmmədli
0 Min Read

Ermənistan Rusiya ilə bütün istiqamətlərdə əməkdaşlığı davam etdirmək niyyətindədir.

Bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan rusiyalı həmkarı Sergey Lavrovla görüşü zamanı bildirib.

Onun sözlərinə görə, iki ölkənin Xarici İşlər nazirlikləri arasında qarşılıqlı əlaqələr davam edir və humanitar əməkdaşlığın inkişafında müsbət dinamika mövcuddur.

A.Mirzoyan həmçinin Avrasiya İqtisadi İttifaqı (Aİİ) çərçivəsində iqtisadi əməkdaşlığın inkişafını qeyd edib.

    Share This Article
    Şərh edilməmiş