MM-də həkimlərin sertifikasiyadan keçmə yaş həddinin 70-ə qaldırılması təklif edilib

Fidan Məmmədli
1 Min Read

Milli Məclisdə həkimlərin sertifikasiyadan keçmə yaş həddinin 70-ə qaldırılması təklif edilib.

Bu təkliflə parlamentin Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev parlamentin Səhiyyə komitəsinin bugünkü iclasında çıxış edib.

O qeyd edib ki, gələcəkdə bu haqda təklif vermək mümkündür:

“Məsələn, 65 yaşdan yuxarı müəllimlərin sertifikasiya imtahanında iştirakı könüllü əsaslarda həyata keçirilir. Gələcəkdə tibb işçiləri və həkimlərlə bağlı da buna uyğun təkliflər verilə bilər. Amma nəzərə almaq lazımdır ki, təhsilverənlərlə həkimlərə yanaşmada fərqlilik olmalıdır”.

    Share This Article
    Şərh edilməmiş