Moskvaya gedən Vuçiçin təyyarəsi Bakıda məcburi eniş etdi – Yenilənib

admin
Gündəlik son xəbərlərlə sizi təmin etmək əsas piroritetdir bizim üçün.
1 Min Read

Moskvaya səfərə yollanan Serbiya Prezidenti Aleksandar Vuçiçin təyyarəsi Bakıya eniş etmək məcburiyyətində qalıb.

Məlumata görə, bu barədə məlumatı etibarlı mənbə yayıb.

Bildirilib ki, təyyarə hazırda Rusiya səmasında hava hücumundan müdafiə sistemlərinin aktiv fəaliyyətinə və təhlükəsizliklə bağlı risklərə görə Moskvaya yollana bilməyib.

Xatırladaq ki, Vuçiçin Rusiya Prezidenti Vladimir Putinlə görüşü və Qələbə Günü ilə bağlı paradda iştirakı gözlənilir.

Onu da qeyd edək ki, bu gün Moskvanın bir neçə hava limanında uçuşlara müvəqqəti məhdudiyyətlər qoyulub.

***

Məlumatda deyilir ki, Vuçiçin təyyarəsi Bakıdan Moskvaya yola düşüb.

Bildirilib ki, Serbiya liderinin təyyarəsi Rusiya regionlarının Ukrayna ordusuna məxsus pilotsuz uçuş aparatları ilə hücuma məruz qalması səbəbindən Bakıda məcburi eniş edib.

Mənbə

Share This Article
Follow:
Gündəlik son xəbərlərlə sizi təmin etmək əsas piroritetdir bizim üçün.
Şərh edilməmiş

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Recipe Rating




Exit mobile version