Aprel 29, 2025
Mətbuat pr 32, Bakı
Energetika

Nail Abdullayev: “Azərbaycanda qazlaşma səviyyəsi 97 %-ə çatıb”

Azərbaycanda qazlaşma səviyyəsi 97%-ə çatmışdır. Bu məlumatı Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin baş direktorunun birinci müavini Nail Abdullayev “Milli Biznesin İnkişafı Forumu”nda açıqlayıb.

Abdullayevin bildirdiyi kimi, “Azəriqaz” ölkə üzrə 11 regional idarə ilə fəaliyyət göstərir və illik qaz qəbul və satış həcmi 8,4 milyard kubmetrə bərabərdir. “Azəriqaz”ın 10,700-dən çox əməkdaşı var və 73 min kilometrdən artıq qaz kəmərləri istismar edir. Hazırda 2,6 milyon abunəçiyə xidmət təqdim edilir.

Qurumun əsas məqsədi etibarlı və dayanıqlı əməliyyat bazası yaratmaq, innovativ qaz həlləri təqdim edərək müştərilər, cəmiyyət və ətraf mühit üçün daha yaxşı gələcək formalaşdırmaqdır.

Mənbə

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video