247press-in APA-ya istinadən əldə etdiyi məlumata görə, Naxçıvanda baş verən yol-nəqliyyat hadisəsində iki tələbənin xəsarət alması nəticələnib.
Hadisə, Heydər Əliyev prospektində qeydə alınıb. 75-AF-644 dövlət nömrə nişanlı “KİA” markalı avtomobil yolu keçmək istəyən 2006-cı il təvəllüdlü Amin İntiqam oğlu Allahverdiyev və Məhərrəmov Zaur Fizuli oğlunu vurub.
Xəsarət alanlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilib, onların vəziyyətinin orta-ağır olduğu bildirilir. Hadisə yerinə polis əməkdaşları cəlb olunub və faktla bağlı araşdırma aparılır. Həmçinin, xəsarət alanların Naxçıvan Dövlət Universitetinin tələbələri olduğu qeyd edilir.
Mənbə
Leave feedback about this