Naxçıvan şəhərində kafedə yanğın baş verib.
Məlumatda deyilir ki, hadisə şəhərin Heydər Əliyev prospekti bina 7 ünvanında qeydə alınıb. Belə ki, binada yerləşən kafelərin birində yanğın başlayıb. Yanğın yerinə Naxçıvan Muxtar Respublika Daxili İşlər Nazirliyinin və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub.
Yanğından mühafizə xidmətinin əməkdaşları tərəfindən yanğın dərhal söndürülüb. Bina sakinləri polis əməkdaşları tərəfindən təxliyə olunub.