Bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ukraynalı həmkarı Andrey Sibiqa ilə keçirilən birgə mətbuat konfransında deyib.
Nazir qeyd edib ki, Azərbaycan müharibənin ilk günlərindən davamlı şəkildə Ukraynaya humanitar yardım göndərir:
“Həm tibbi sahədə, həm qida məhsulları, həm mülki infrastrukturun bərpa olunması və digər humanitar sahələrdə dəstəyimizi göstəririk. Bu istiqamətdə dövlət mənbələrindən 40 milyon ABŞ dolları yardım göstərilib. Ən böyük arzumuz isə iki ölkə arasında münaqişənin başa çatmasıdır.”