Neymar karyerasını harada başa vuracaq?

1 Min Read

Neymar karyerasını hazırda çıxış etdiyi “Santos” klubunda başa vuracaq.

Bu barədə “TNT Sports Brasil” məlumat paylaşıb.

Neymar mövsümün sonunda “Santos” ilə başa çatan müqaviləsini uzadacaq.

33 yaşlı futbolçunun hazırkı sözləşməsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub. Məlumata görə, tərəflər anlaşmanı daha bir il uzatmaqla bağlı razılıq əldə ediblər.

Neymar “Santos”un yetirməsidir. O, 2025-ci ilin yanvarında kluba qayıdıb. Ulduz futbolçu cari mövsümdə meydana çıxdığı doqquz oyunda üç qol vurub.

Qeyd edək ki, Neymar karyerası ərzində “Barselona”, PSJ və Səudiyyə Ərəbistanının “Əl-Hilal” klublarında çıxış edib. Neymar Kataloniya klubunun tərkibində Çempionlar Liqasının qalibi olub.

Mənbə

Share This Article
Şərh edilməmiş

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Recipe Rating




Exit mobile version