“Nissan” Yaponiyadakı zavodlarını bağlayacaq

Fidan Məmmədli
1 Min Read

Yaponiyanın avtomobil istehsalçısı “Nissan” ölkədəki, eləcə də xaricdəki bir sıra zavodlarını bağlamağı planlaşdırı.

Bu barədə insayderlərə istinadən məlumat verilib.

Şirkət Yaponiyadakı iki sahədə istehsalı dayandırmağa hazırlaşır. Birincisi, 1961-ci ildən fəaliyyət göstərən Oppamadakı zavoddur. Bağlanmağa ikinci namizəd Senanedəki zavoddur ki, ana qurum “Nissan Shatai” şirkəti vasitəsilə onun yalnız yarısına sahibdir.

Optimallaşdırma bir sıra xarici müəssisələrə də təsir edəcək: Cənubi Afrika Respublikası, Hindistan, Argentina və Meksikada zavodların bağlanması planlaşdırılır. Bu yolla maliyyə sıxıntısı yaşayan “Nissan” cari xərcləri azaltmağa hazırlaşır.

Mənbə

    Share This Article
    Şərh edilməmiş