Novruz bayramının TDT çərçivəsində qeyd edilməsi barədə Katibliyə tapşırıq verilib.
“Mədəniyyətlərarası körpü və ümumbəşəri dəyərlərin rəmzi kimi çıxış edən Novruzun transmədəni mahiyyəti ifadə edilərək, Türk mədəniyyətinin dərin zənginliyini və Türk xalqlarının ortaq dəyərlərini gələcək nəsillərə ötürmək əzmi bir daha vurğulanır, Azərbaycanın və TDT-yə üzv dövlətlərin, həmçinin Türkiyə Prezidentinin təşəbbüsü ilə Novruz bayramının Təşkilat çərçivəsində qeyd olunması barədə Katibliyə tapşırıq verilir”, – qeyd edilib.