Oğuzda avtomobil ağaca çırpılıb, sərnişin ölüb

admin
Gündəlik son xəbərlərlə sizi təmin etmək əsas piroritetdir bizim üçün.
1 Min Read

Oğuzda ölümlə nəticələnən yol qəzası olub.

Məlumatda deyilir ki, hadisə mayın 2-dən 3-ə keçən gecə Oğuz-Bayan avtomobil yolunun Bayan kəndi ərazisindən keçən hissəsində baş verib.

Belə ki, Oğuz rayon sakininin idarə etdiyi “Toyota Prius” markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarındakı ağaca çırpılıb.

Qəza zamanı avtomobildə olan sərnişin aldığı müxtəlif dərəcəli ağır bədən xəsarətlərindən hadisə yerində keçinib.

Sürücü isə aldığı xəsarətlərlə Oğuz Rayon Mərkəzi Xəstəxanasının (RMX) Təcili Tibbi Yardım şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Mənbə

    Share This Article
    Follow:
    Gündəlik son xəbərlərlə sizi təmin etmək əsas piroritetdir bizim üçün.
    Şərh edilməmiş