Oğuzda avtomobil ağaca çırpılıb, sərnişin ölüb

admin
Gündəlik son xəbərlərlə sizi təmin etmək əsas piroritetdir bizim üçün.
1 Min Read

Oğuzda baş verən ağır yol qəzasında ölən və xəsarət alan şəxslərin kimliyi məlum olub.

Məlumatda deyilir ki, qəza zamanı ölən sərnişin 25 yaşlı Urfan Namiq oğlu Məcidov, xəsarət alan isə sürücü 29 yaşlı Kənan Rəhman oğlu Əzizov olub.

***

01:24

Oğuzda ölümlə nəticələnən yol qəzası olub.

Verilən məlumata görə, hadisə mayın 2-dən 3-ə keçən gecə Oğuz-Bayan avtomobil yolunun Bayan kəndi ərazisində baş verib.

Belə ki, Oğuz rayon sakininin idarə etdiyi “Toyota Prius” markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarındakı ağaca çırpılıb.

Qəza zamanı avtomobildə olan sərnişin aldığı müxtəlif dərəcəli ağır bədən xəsarətlərindən hadisə yerində keçinib.

Sürücü isə aldığı xəsarətlərlə Oğuz Rayon Mərkəzi Xəstəxanasının (RMX) Təcili Tibbi Yardım şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Mənbə

    Share This Article
    Follow:
    Gündəlik son xəbərlərlə sizi təmin etmək əsas piroritetdir bizim üçün.
    Şərh edilməmiş