Ötən il Azərbaycan Rəqəmsal Hökumətin İnkişafı İndeksində regional miqyasda 9-cu yerdə olub

Fidan Məmmədli
1 Min Read

Ötən il Azərbaycan Rəqəmsal Hökumətin İnkişafı İndeksində qlobal miqyasda 74-cü, regional miqyasda isə 9-cu yeri tutub.

Bunu Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi (DOST) Rəqəmsal İnnovasiyalar Mərkəzinin direktoru Kənan Əkpərov “Müasir dünyanın çağırışları kontekstində sosial müdafiə sistemlərinin uyğunlaşdırılması” mövzusunda beynəlxalq konfransda deyib.

Onun sözlərinə görə, ötən il ərzində Kiber Təhlükəsizlik İndeksində əhəmiyyətli irəliləyiş əldə olunub:

“Bu sahədə göstəricimiz 93-cü yerdən 76-cı yerə yüksəlib. Bu nailiyyətlər ölkədə rəqəmsallaşma sahəsində həyata keçirilən genişmiqyaslı islahatların nəticəsidir. Bu islahatların əsas hərəkətverici qüvvələrindən biri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyidir”.

Mərkəzin direktoru sözügedən istiqamətdə “Rəqəmsal İnkişaf Konsepsiyası”, “Kiber Təhlükəsizlik Strategiyası” və digər bir sıra normativ sənədlərin yaxın günlərdə qəbul edilərək icra olunacağını bildirib.

    Share This Article
    Şərh edilməmiş