Özbəkistanda qiyabi ali təhsil ləğv edildi

admin
Gündəlik son xəbərlərlə sizi təmin etmək əsas piroritetdir bizim üçün.
1 Min Read

Özbəkistan ali təhsil müəssisələrində qiyabi təhsil formasını ləğv edib.

Məlumata görə, 2025/2026 tədris ilindən etibarən qiyabi formada təhsil üzrə qəbul dayandırılacaq.

Hazırda qiyabi şəkildə təhsil alan tələbələr isə tədrisə adi qaydada davam edəcəklər.

Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin fərmanına əsasən, qiyabi təhsil əvəzinə alternativ təhsil formaları inkişaf etdiriləcək. Bununla belə, bu formalarda qəbul gündəlik təhsilə qəbulun 50%-ni keçməməlidir. Alternativ təhsil üçün müəyyən edilmiş kvotaları aşmaq kobud pozuntu hesab ediləcək və təhsil müəssisəsinin lisenziyasının ləğv edilməsinə səbəb ola bilər.

Həmçinin bütün ali təhsil müəssisələrində – tabelik statusundan və mülkiyyət formasından asılı olmayaraq – təhsilin keyfiyyətinə nəzarət üçün xüsusi bölmələr yaradılacaq.

Mənbə

    Share This Article
    Follow:
    Gündəlik son xəbərlərlə sizi təmin etmək əsas piroritetdir bizim üçün.
    Şərh edilməmiş