Özündən 15 yaş kiçik tanışını öldürdü

admin
Gündəlik son xəbərlərlə sizi təmin etmək əsas piroritetdir bizim üçün.
1 Min Read

Bakıda tanışını qətlə yetirməkdə təqsirləndirilən Elşən Nəbiyevin cinayət işinin məhkəmə baxış iclası keçirilib.

Məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Roman Ələkbərlinin sədrliyi ilə keçirilən prosesdə şahidlər sərbəst ifadə veriblər.

Təqsirləndirilən Elşən Nəbiyevin dostu şahid kimi prosesdə ifadəsi zamanı bildirib ki, əvvəllər mərhum Etibar Əliyevlə Elşən Nəbiyevin arasında avtoyuma məntəqəsinə görə mübahisələri olub. Eyni məntəqəni hər iki şəxs ayrı-ayrılıqda icarəyə götürərək işlətmək istəyiblər.

Təqsirləndirilənin özü isə sərbəst ifadəsi zamanı vurğulayıb ki, mərhumla aralarındakı mübahisə zamanı Etibar Əliyev onun ünvanına nalayiq ifadələr işlədib. Elşən Nəbiyev tanışını qətlə yetirməyi də məhz bununla əsaslandırıb.

Xatırladaq ki, hadisə 2024-cü ilin dekabrında paytaxtın Nərimanov rayonu ərazisində baş verib. Araşdırmalarla məlum olub ki, 1975-ci il təvəllüdlü Elşən Nəbiyev şəxsi münasibətlər zəminində 1990-cı il təvəllüdlü Etibar Əliyevi bıçaqlayaraq öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Cinayət əməlini törətməkdə şübhəli bilinən Elşən Nəbiyev polis əməkdaşları tərəfindən saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Özündən 15 yaş kiçik tanışını öldürdü





Elgün Həsənli

Mənbə

Share This Article
Follow:
Gündəlik son xəbərlərlə sizi təmin etmək əsas piroritetdir bizim üçün.
Şərh edilməmiş

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Recipe Rating




Exit mobile version