“Fransanın “Rafale” qırıcı təyyarəsi ilk dəfə döyüş şəraitində məhv edilib”.
Məlumata görə, bunu etibarlı mənbəyə Fransa kəşfiyyatının yüksəkvəzifəli əməkdaşı Pakistanın Hindistan Hərbi Hava Qüvvələrinə məxsus “Rafale” qırıcısını vurması barədə danışarkən deyib.
Onun sözlərinə görə, mayın 7-nə keçən gecə Hindistanın hava hücumu zamanı Pakistanın Hava Hücumundan Müdafiə qüvvələri “Rafale” qırıcısını vurublar:
“Bu, Fransanın müasir qırıcı təyyarəsinin döyüşdə itirildiyi ilk haldır. Fransa hökuməti Pakistanın bir gecə ərzində daha çox “Rafale” vurub-vurmadığını araşdırır”.
Qeyd edək ki, Pakistanın Baş naziri Şahbaz Şərif Hindistana məxsus üç “Rafale” qırıcısının vurulduğunu bildirib.