Aprel 26, 2025
Mətbuat pr 32, Bakı
Digər

Pakistan Ordusu altı terrorçunu zərərsizləşdirib

“247press-in əldə etdiyi məlumata görə, Pakistan ordusu ölkənin şimal-qərbində yerləşən Xayber-Paxtunxva əyalətinin Bannu dairəsində keçirdiyi antiterror əməliyyatı zamanı ən azı altı silahlını zərərsizləşdirib, daha dörd nəfər isə yaralanıb. Bu barədə ‘Geo TV’ telekanalı Pakistan Silahlı Qüvvələrinin İctimaiyyətlə Əlaqələr üzrə Müştərək Komandanlığına (ISPR) istinadən məlumat yayıb.

Məlumata görə, 2025-ci il aprelin 23-dən 24-nə keçən gecə keçirilən xüsusi əməliyyat zamanı ‘Fitna əl-Xəvaric’ adlı, ölkədə qadağan olunmuş silahlı qruplaşmanın üzvləri hədəfə alınıb. Toqquşma nəticəsində altı terrorçu məhv edilib, dördü isə yaralanıb. Əməliyyatın keçirildiyi ərazidə təhlükəsizlik qüvvələri tərəfindən axtarışlar davam etdirilir. Ordu heyəti arasında itki yoxdur.”

Mənbə

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video