Pakistan vətəndaşı: Azərbaycan Prezidentinə məni əfv etdiyi üçün təşəkkür edirəm

Fidan Məmmədli
1 Min Read

Əfv sərəncamı ilə azadlığa buraxılan Pakistan vətəndaşı Azərbaycan Prezidentinə təşəkkür edib.

Prezident İlham Əliyevin imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamı ilə əfv olunan Pakistan vətəndaşı keçmiş məhkum Şah Nasrat Şah Yar Mat jurnalistlərə açıqlamasında Azərbaycanda narkotiklə əlaqəli həbs olunduğunu deyib.

“Mən 9 il 6 ay müddətə həbs olunmuşdum, 6 il 1 ay həbsdə olmuşam. Həbs müddətimin bitməyinə 3 il 5 ay qalmışdı. Mən Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edirəm ki, bizim əfv olunmağımız üçün sərəncam imzalayıb”, – Pakistan vətəndaşı qeyd edib.

    Share This Article
    Şərh edilməmiş