“Real Madrid” azarkeşləri komandanın bazasında klubun prezidenti Florentino Peresdən Kriştianu Ronaldonu İspaniya nəhənginə qaytarmağı xahiş edən plakat asıblar.
Məlumata görə, bu barədə görüntülər sosial şəbəkədə yayılıb.
Plakatda “Florentino, CR7-ni gətirin”, – deyə yazılıb.
Bundan əvvəl də “kral klubu”nun 40 yaşlı futbolçunu bu ilin yayında keçiriləcək klublararası dünya çempionatında oynaya bilməsi üçün transfer edəcəyi ilə bağlı iddialar yayılmışdı.
Ronaldonun hazırki klubu “Əl-Nəsr”lə müqaviləsi iyunda başa çatır. Forvardın Səudiyyə Ərəbistanı klubundan ayrılacağı gözlənilir.
Xatırladaq ki, portuqaliyalı ulduz 2009-2018-ci illərdə “Real”da çıxış edib. Bu müddət ərzində o, bütün turnirlərdə 438 matçda iştirak edib, 450 qol vurub, 131 məhsuldar ötürmə edib.