Dünya

Papa bu gün dəfn olunacaq

=“247press”in məlumatına görə, Roma Papası Fransisk bu gün dəfn ediləcək.

Xəbərə görə, insanlar dəfn mərasiminin keçiriləcəyi Müqəddəs Pyotr meydanına buraxılmağa başlayıb. Ümumilikdə meydanda 1 milyona yaxın insanın toplaşacağı gözlənilir.

Son bir neçə gün ərzində təxminən 250 minə yaxın insan Papa ilə vidalaşmaq üçün Müqəddəs Pyotr bazilikasını ziyarət edib.

Fransisklə vidalaşmağa müxtəlif ölkələrdən 130-dan çox nümayəndə heyəti iştirak edir.

Azərbaycanı dəfn mərasimində Milli Məclisin sədri Sahibə Qafarova təmsil edir.

Qeyd edək ki, Papa Fransisk aprelin 21-də 88 yaşında vəfat edib və o, “Santa Maria Maggiore” Roma bazilikasında dəfn olunacaq.

Mənbə

Exit mobile version