Ermənistan və Azərbaycan sülh sazişinin imzalanması məsələsi ilə bağlı məsləhətləşmələri davam etdirir.
Bunu ölkənin baş naziri Nikol Paşinyan İrəvanda Slovakiyanın Baş naziri Robert Fitso ilə birgə brifinqdə bildirib.
Onun sözlərinə görə, Ermənistan və Azərbaycan arasında sülh çox yaxındır.
“Ümid edirəm ki, bugünkü məruzəm zamanı Ermənistan və Azərbaycan arasında sülhün nə qədər yaxın olduğunu beynəlxalq tərəfdaşlarımız üçün daha nəzərəçarpan etməyə nail oldum. Əlbəttə, biz öz öhdəliyimizi tam şəkildə yerinə yetirəcəyik. Bu tarixi fürsəti (sülh sazişinin imzalanmasını) qaçırmamaq üçün Azərbaycanla məsləhətləşmələri davam etdiririk. Bu imkan əldən verilməyəcək. Çətinliklər olsa da, irəliləyirik”, – baş nazir bildirib.