Pezeşkianın oğlundan “Traktor”un çempionluğu ilə bağlı – Paylaşım

admin
Gündəlik son xəbərlərlə sizi təmin etmək əsas piroritetdir bizim üçün.
1 Min Read

İran Prezidenti Məsud Pezeşkianın oğlu Mehdi Pezeşkian Təbrizin “Traktor” klubunun ölkə çempionu olmasına reaksiya verib.

Məlumatda deyilir ki, Mehdi Pezeşkian instaqram hesabında paylaşım edərək bunları yazıb:

“Bütün sadiq azarkeşləri, bu çətin və qeyri-bərabər yolda sükut və hay-küy içində həmişə komandanın arxasında olub “Yaşasın Traktor!” deyə qışqıranların hamısını təbrik edirəm. Təcrübəli baş məşqçi, texniki heyət və cəsur oyunçulara xüsusi təşəkkürlər! Asiya Çempionatını qazanmaq ümidi ilə.”

Qeyd edək ki, Təbriz təmsilçisi tarixində ilk dəfə İran Pro Liqasının qalibi olub.

Mənbə

    Share This Article
    Follow:
    Gündəlik son xəbərlərlə sizi təmin etmək əsas piroritetdir bizim üçün.
    Şərh edilməmiş