247Press – Azərbaycan Xəbər Portalı Blog Qafqaz Pezeşkianın qızı da Bakıya gəlibmiş – Foto
Qafqaz

Pezeşkianın qızı da Bakıya gəlibmiş – Foto

Pezeşkianın qızı da Bakıya gəlibmiş 
							
 - Foto

Ötən gün Azərbaycanda rəsmi səfərdə olan İran Prezidenti Məsud Pezeşkianı Tehrandan gələn böyük nümayəndə heyəti müşayiət edib.

M.Pezeşkianı Bakı səfərində müşayiət edən nümayəndə heyətində onun qızı Zəhra Pezeşkian da olub. İran liderinin həyat yoldaşının uzun illər öncə dünyasını dəyişməsi səbəbindən prezident seçkiləri zamanı da onu qızı Zəhra Pezeşkian müşayiət etmişdi. O, digər xarici səfərlərdə də atasının yanında olmuşdur.

Z.Pezeşkian Bakıda:

Məsud Pezeşkianın 3 övladı vardır – oğlanları Mehdi və Yusif, qızı Zəhra.

Zəhra Pezeşkian İrandakı Şərif Texnologiya Universitetində kimya üzrə ali təhsil almış və magistr dərəcəsi əldə etmişdir. O, əvvəllər “Jam Petrochemicals” şirkətində çalışıb.

Zəhra Pezeşkianın həyat yoldaşı Həsən Məcidi, İran prezidentinin kürəkəni, hazırda Prezident Administrasiyasının rəhbərinin icraçı köməkçisi vəzifəsində fəaliyyət göstərir. O, ixtisasca maliyyə ekspertidir və əvvəlki dövrdə özəl sektorda işləyib.

Mənbə

Exit mobile version