Misli Premyer Liqasında XXXV tura start verilib.
Məlumata görə, ilk oyun günündə üç matç baş tutub.
“Turan Tovuz” səfərdə “Sumqayıt”ı məğlub edib – 0:1. Qonaqların heyətində Emmanuel Hakman 30-cu dəqiqədə fərqlənib. Xallarının sayını 52-yə çatdıran Tovuz klubu dördüncü sıradakı mövqeyini möhkəmləndirib. “Gənclik şəhəri” təmsilçisi 30 xalla doqquzuncu pillədə qalıb.
“Zirə” “Sabah”la heç-heçə edib – 1:1. “Qartallar”ın heyətində Giorgi Papunaşvili 26-cı dəqiqədə adını tabloya yazdırıb. Pavol Safranko 67-ci dəqiqədə tarazlığı bərpa edib. İkinci yerdəki “Zirə”nin 71, beşinci sıradakı “Sabah”ın 45 xalı var.
“Araz-Naxçıvan” isə səfərdə “Şamaxı”ya qalib gəlib – 0:1. Qonaqlardan Felipe Santos 44-cü dəqiqədə rəqibi məyus edib. Xallarının sayını 58-ə çatdıran Naxçıvan təmsilçisi üçüncü pillədə qərarlaşıb və çempionatın bürünc mükafatçısı olub. Komanda ölkə UEFA Konfrans Liqasında təmsil edəcək. “Şamaxı” 36 xalla yeddincidir.
Qeyd edək ki, XXXV tura mayın 18-də yekun vurulacaq.
Bu gün Misli Premyer Liqasında XXXV turun açılış matçında üç matç keçiriləcək.
Məlumatda deyilir ki, ilk oyun günündə “Şamaxı” klubu “Araz-Naxçıvan”ı, “Sumqayıt” klubu “Turan Tovuz”u, “Zirə” klubu “Sabah”ı qəbul edəcək.
Hər üç görüş saat 17:00-da start götürəcək.
Qeyd edək ki, tura “Neftçi” – “Səbail”, “Qarabağ” – “Kəpəz” matçları ilə yekun vurulacaq.
Xatırladaq ki, “Qarabağ” klubuna çempionluq medalları da məhz həmin gün təqdim olunacaq.
17 may
Misli Premyer Liqası
XXXV
Saat 17:00, “Şamaxı” – “Araz-Naxçıvan”;
Saat 17:00, “Sumqayıt” – “Turan Tovuz”;
Saat 17:00, “Zirə” – “Sabah”.