Putin Ukrayna ilə danışıqlara hazırlıq üçün müşavirə keçirib

1 Min Read

Rusiya Prezidenti Vladimir Putin mayın 14-ü axşam saatlarında Türkiyənin İstanbul şəhərində Ukrayna tərəfi ilə keçiriləcək danışıqlara hazırlıq məqsədi ilə müşavirə keçirib.

Bu barədə Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlama verib.

Peskovun sözlərinə görə, müşavirədə prezidentin müvafiq sərəncamı ilə təyin olunmuş Rusiya danışıqlar qrupunun üzvləri ilə yanaşı, bir sıra yüksəkrütbəli dövlət rəsmiləri də iştirak ediblər. Onların sırasında Rusiya xarici işlər naziri Sergey Lavrov, müdafiə naziri Andrey Belousov, Rusiya Qvardiyasının rəhbəri Viktor Zolotov, Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu, Baş Qərargah rəisi Valeri Gerasimov və Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov olublar.

Mənbə

Share This Article
Şərh edilməmiş

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Recipe Rating




Exit mobile version