Putindən Ukraynaya TƏKLİF: “Birbaşa danışıqlar mayın 15-də İstanbulda bərpa edilsin”

admin
Gündəlik son xəbərlərlə sizi təmin etmək əsas piroritetdir bizim üçün.
1 Min Read

“Rusiya tərəfi Ukraynaya birbaşa danışıqları mayın 15-də İstanbulda bərpa etməyi təklif edir”.

Məlumata görə, bunu Rusiya Prezidenti Vladimir Putin Kremldə keçirdiyi mətbuat konfransında bildirib.

Putin qeyd edib ki, sabah Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanla fikir mübadiləsi aparacaq və ondan Ukrayna ilə danışıqlar üçün meydança təqdim etməyi xahiş edəcək.

“Rusiya ciddi danışıqlara hazırdır. Danışıqlar zamanı atəşkəs haqqında razılaşmanı istisna etmirik. Rusiyanın danışıqlar təklifi masadadır, qərar Kiyev və onun kuratorlarına aiddir. Rusiya ümid edir ki, gec-tez Avropa ölkələri ilə münasibətlərin bərpası başlayacaq”.

Putin həmçinin bildirib ki, Rusiya Tramp administrasiyası da daxil olmaqla, Ukrayna ilə sülh yolu ilə nizamlanmanın əldə edilməsində göstərdikləri köməyə görə vasitəçilərə minnətdardır.

Rusiya dövlət başçısı eyni zamanda, sentyabrda Çinə səfər edəcəyini təsdiqləyib.

Mənbə

    Share This Article
    Follow:
    Gündəlik son xəbərlərlə sizi təmin etmək əsas piroritetdir bizim üçün.
    Şərh edilməmiş