Bu gün “Qərbi Azərbaycan Xronikası” layihəsinin çərçivəsində yeni bir veriliş efirə gedib. Jurnalist Rufik İsmayılovun müsahibi şair-publisist və araşdırmaçı Qılman İman olub. O, Qərbi Azərbaycanda aşıq yaradıcılığına və xüsusilə Göyçə aşıq məktəbinə diqqət çəkib.
Qılman İman bildirib ki, Qərbi Azərbaycan “elm adamları, tarixi şəxsiyyətləri, qəhrəmanları ilə deyil, ozan aşıq sənətinin görkəmli nümayəndələri ilə də tanınıb”. Bu sənət, tarix boyunca burada yaşamış və folkloru nəsildən-nəslə ötürmüş geniş bir icma tərəfindən inkişaf etdirilib.
Araşdırmaçı, Göyçə aşıq sənətinin dərin tarixi köklərə malik olduğunu vurğulayıb. Dədə Qorquddan başlayaraq, Ozan İbrahim, Miskin Abdal, Ağ Aşıq və digər ustadların bu sənətin inkişafında rol oynadığını qeyd edib.
Layihənin məqsədi, tarixən azərbaycanlıların deportasiyaya məruz qoyulduğu Qərbi Azərbaycan torpaqlarının adının yaşadılması, orada mövcud olmuş mədəniyyət nümunələrinin və tarixi abidələrin dünya ictimaiyyətinə çatdırılmasıdır.
Mənbə
Leave feedback about this