Qadağan edilmiş yerdən yolu keçməyin nəticələri – Video

admin
Gündəlik son xəbərlərlə sizi təmin etmək əsas piroritetdir bizim üçün.
1 Min Read

Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) Bakıda piyadaların zərər çəkdiyi bəzi qəzaların görüntülərini yayıb.

Məlumata görə, sürücü və piyadalara müraciət edən qurum hərəkət iştirakçılarının qaydalara əməl etməməsi, diqqətli olmaması səbəbindən piyadaların iştirakı ilə yol-nəqliyyat hadisələri baş verdiyini açıqlayıb.

Bildirilib ki, bu cür qəzalar əksər hallarda xəsarət və ya ölümlə nəticələnir:

“Təbii ki aparılan maarifləndirmə və praktiki tədbirlər öz nəticəsini verir və bu qəzaların sayında azalma var. Ancaq buna baxmayaraq, yollarda həyatlarına laqeyd yanaşan bəzi piyadalar hələ də keçidlərdən istifadə etmirlər, nizamlayıcının tələblərinə diqqət yetirmirlər.

Digər bir məqam sürücülərlə bağlıdır. Müşahidələr onu deməyə əsas verir ki, bəzən piyadalar keçidlərdə dəqiqələrlə gözləmək məcburiyyətində qalırlar və yaxud da bir sıra sürücülər keçidlərdən keçən piyadalara yol vermirlər.

Bu cür qəzaların baş verməməsi üçün hər birimiz üzərimizə düşən məsuliyyəti dərk etməli və qaydalara əməl etməliyik.

Sürücülər piyada keçidlərinə yaxınlaşdıqda sürəti azaltmalı və piyadalara yol verməlidir. Piyadalar isə piyada keçidlərindən keçməli, nizamlayıcının tələblərinə diqqət yetirməli və yolu keçməyin onlar üçün təhlükəsiz olacağını yəqin etdikdən sonra keçməlidirlər”.

Mənbə

Share This Article
Follow:
Gündəlik son xəbərlərlə sizi təmin etmək əsas piroritetdir bizim üçün.
Şərh edilməmiş

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Recipe Rating




Exit mobile version