Aprel 26, 2025
Mətbuat pr 32, Bakı
İqtisadiyyat

“Qarabağ və Şərqi Zəngəzurda sahibkarlıq üçün geniş imkanlar açılıb”


“Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib, “247press”-in “Qafqazinfo”-ya istinadən əldə etdiyi məlumata görə, aşağıdakı məlumatlar təqdim edilir:

Cənab Prezident İlham Əliyevin 2016-cı il 21 aprel tarixli Sərəncamına əsasən, hər il 25 aprel Azərbaycanda Sahibkarlar Günü kimi qeyd olunur. Bu gün – iqtisadi potensialımızın formalaşmasında, yeni iş yerlərinin yaradılmasında və ölkənin davamlı inkişafında əvəzsiz rolu olan sahibkarların əməyi və fədakarlığına verilən yüksək qiymətin təzahürüdür.

Sahibkarlıq, Azərbaycanın iqtisadi strategiyasının əsas sütunlarından biridir. Son illər ölkəmiz sürətli və dayanıqlı iqtisadi artım dinamikası nümayiş etdirir, qeyri-neft sektoru üzrə ixracın və ümumi daxili məhsulun artması bu sahədə həyata keçirilən islahatların müsbət nəticələrindən xəbər verir. Dövlətin davamlı dəstəyi, institusional islahatlar və yaradılan əlverişli biznes mühiti nəticəsində sahibkarlarımız yeni ideyalar, dayanıqlı layihələr və innovativ təşəbbüslərlə çıxış edərək ölkəmizin hərtərəfli inkişafına mühüm töhfələr verirlər.

Qürur və sevinclə qeyd etməliyik ki, əldə olunan zəfər sayəsində Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında sahibkarlıq üçün geniş imkanlar açılıb və açılmaqdadır. Dövlət tərəfindən bu bölgələrdə infrastrukturun sürətlə bərpası, vergi və gömrük güzəştləri, investisiya təşviqləri yaradılaraq iş adamlarının aktiv fəaliyyəti üçün əlverişli şərait formalaşdırılıb.

Bununla yanaşı, Çin və digər Şərq ölkələrinin bazarlarına çıxış imkanlarının genişlənməsi, “Orta Dəhliz” kimi beynəlxalq logistika layihələrinin həyata keçirilməsi Azərbaycan sahibkarlarına daha geniş miqyasda fəaliyyət göstərmək, rəqabətqabiliyyətli məhsullarla xarici bazarlara çıxış əldə etmək üçün yeni imkanlar açır.

Cənab Prezident İlham Əliyevin “Mən sahibkarların ən yaxın dostuyam” fikri də bu sahəyə olan diqqət və etimadın ən açıq ifadəsidir. Biz sahibkarlar da bu etimada layiq olmaq üçün daim əzmlə çalışır, dövlətimizin iqtisadi inkişafında fəal iştirak edirik.

Bu əlamətdar gün münasibətilə ölkədə fəaliyyət göstərən bütün sahibkarları səmimi-qəlbdən təbrik edir, möhkəm can sağlığı, yeni nailiyyətlər və davamlı uğurlar arzulayıram!

Fərhad Qaraşov

Sahibkar, “Tərəqqi” medalı təltifçisi

“Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası” İctimai Birliyinin İdarə Heyətinin sədri



Source link

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video