SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi Azərbaycanda qaz təchizatının fasiləsizliyini 5 dəfə artırmağı məqsəd qoyur.
“Kommunal İnfrastrukturunun inkişafına dair sual və təkliflərin müzakirəsi” mövzusunda təşkil edilən “Milli Biznesin İnkişafı Forumu”nda “Azəriqaz” İstehsalat Birliyinin baş direktorunun müavini Nail Abdullayev bildirib ki, texniki itkiləri 50%-dən çox azaltmaq, plastik yeraltı qaz xətlərinin tətbiqi ilə şəbəkənin 10,000 kilometrdən artıq hissəsini modernizasiya etmək, müştəri məmnuniyyəti indeksini 1-ci pilləyə yüksəltmək və qaz şəbəkəsini rəqəmsallaşdırmaq da məqsədləri arasındadır. O, əlavə edib ki, SOCAR qrupunda aparıcı innovativ şirkət olmaq və bir kilometr üzrə kapital xərclərini 15%-ə qədər azaltmaq da planlaşdırılır.
Mənbə