Qazaxda ağır qəza – 4 nəfər xəsarət aldı

admin
Gündəlik son xəbərlərlə sizi təmin etmək əsas piroritetdir bizim üçün.
1 Min Read

Qazaxda ağır yol nəqliyyat hadisəsi baş verib.

Məlumata görə, hadisə rayonun Birinci Şıxlı kəndində olub.

Belə ki, 1953-cü il təvəllüdlü Müqabil Sadıqov idarə etdiyi “VAZ 21099” markalı avtomobili aşırıb.

Nəticədə özü, həyat yoldaşı 1961-ci il təvəllüdlü Zərövşan Sadıqova, həmçinin maşında olan 1955-ci il təvəllüdlü Safura Priverdiyeva və Zemfira adlı qadın müxtəlif bədən xəsarətləri alıblar.

Yaralılar Qazax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Vəziyyətləri kafidir.

Faktla bağlı araşdırma başlanılıb.

Yunis Quliyev

Mənbə

    Share This Article
    Follow:
    Gündəlik son xəbərlərlə sizi təmin etmək əsas piroritetdir bizim üçün.
    Şərh edilməmiş