“Qızıl top” Parisdə təqdim olunacaq – Futbol dünyası üçün həlledici tarix açıqlandı

1 Min Read

İlin ən yaxşı futbolçusuna verilən “Qızıl top” mükafatının təqdimetmə mərasimi sentyabrın 22-də Parisdəki “Teatr dü Şatle”də baş tutacaq.

Bu barədə mükafatın “X” sosial şəbəkəsində məlumat paylaşılıb.

Məlumata görə, namizədlərin siyahısı avqustun 6-da açıqlanacaq.

Ötən il “Qızıl top”un qalibi ispaniyalı yarımmüdafiəçi Rodri olub. O, 2023/24 mövsümündə Avropa çempionu olub və turnirin ən yaxşı oyunçusu kimi tanınıb. Rodri, həmçinin “Mançester Siti” ilə İngiltərə çempionu olub.

Xatırladaq ki, “Qızıl top” mükafatı 1956-cı ildən etibarən təqdim olunur.

Mənbə

Share This Article
Şərh edilməmiş

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Recipe Rating




Exit mobile version