2024-cü il noyabrın 15-də COP29 çərçivəsində keçirilən beynəlxalq konfransda Qlobal Cənub QHT Platformasının yaradılması barədə təklif irəli sürülüb. Milli QHT Forumunun İdarə Heyətinin sədri Ramil İskəndərli bu gün keçirilən brifinqdə bildirib ki, COP29-da Qoşulmama Hərəkatı regionu QHT-lərin Cənub-Cənub əməkdaşlığı üzrə beynəlxalq konfransının keçirildiyini xatırlayıb.
Ramil İskəndərli, Azərbaycan Milli QHT Forumunun bununla bağlı qəbul edilən bəyanatının 140 ölkədən 1000-dən çox qeyri-hökumət təşkilatının dəstək verdiyini diqqətə çatdırıb. O qeyd edib: “Bu təşəbbüs 140-a yaxın ölkənin QHT-ləri tərəfindən alqışlanıb, 1000-dən çox xarici QHT bu təşəbbüsü müdafiə edən birgə bəyanat yayıb.”
Mənbə