Qurban Qurbanov: “Azərbaycan millisi fantastik qələbə qazandı”

Fidan Məmmədli
1 Min Read

“Çox xoş oldu, gözəl ab-hava var idi. Nəticədən öncə buradakı atmosfer çox cəlbedici idi”.

Bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan millisinin Bakıda keçirilən minifutbol üzrə dünya çempionatında Rumıniyaya qalib gəldiyi 1/8 final oyunu barədə danışarkən deyib.

53 yaşlı mütəxəssisinin sözlərinə görə, bu, bir daha Azərbaycanda futbola marağın olduğunu və minifutbolun da sevildiyini göstərir: “Sadəcə, azarkeşləri bir az da fəallaşdırmaq lazımdır. Əlbəttə, onları öz oyunumuzla, işimizlə cəlb etməliyik”.

O, son dünya çempionu üzərində qələbəni çox fantastik adlandırıb: “Bu, futbolda final oyununa bərabər idi. Penalti seriyasında qalibiyyət əldə etdik. Oyundan çox həzz aldım”.

Mənbə

    Share This Article
    Şərh edilməmiş