Qusarda itkin düşən 84 yaşlı kişinin meyiti tapılıb. Aprelin 26-da evdən çıxan Arif Uluxanovun meyiti yaşadığı evin yaxınlığında arxda aşkarlanıb. İlkin məlumata görə, meyitin üzərində hər hansı xəsarət yoxdur. Faktla bağlı Qusar rayon Prokurorluğunda araşdırma aparılır. Qeyd edək ki, Arif Uluxanov uzun illər Qusar rayon Mərkəzi Xəstəxanasında həkim işləyib.
Mənbə

Hadisə
Leave feedback about this