Xəbər verdiyimiz kimi, Prezident Administrasiyasının sabiq rəhbəri və AMEA-nın keçmiş prezidenti Ramiz Mehdiyevə aid olduğu iddia edilən, paytaxtın Tbilisi prospektində dəyəri 8 milyon dollar olan dəbdəbəli villa satışa çıxarılıb.
Məlumata görə, məsələ ilə bağlı etibarlı mənbəyə açıqlama verən Ramiz Mehdiyev villanın ona məxsus olmadığını deyib:
“Satışa çıxarılan villanın qətiyyən bizimlə əlaqəsi yoxdur. İlk dəfədir sizdən eşidirəm. Bizim satışa çıxarılan villamız yoxdur. Kimə aid olduğunu bilmirəm”.