Aprel 27, 2025
Mətbuat pr 32, Bakı
Siyasət

Roma Papası dəfn olunur – Canlı – Yenilənir

=

“247press”in “Qafqazinfo”ya istinadən əldə etdiyi məlumata görə, Roma Papası Fransisk bu gün dəfn ediləcək.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, insanlar dəfn mərasiminin keçiriləcəyi Müqəddəs Pyotr meydanına buraxılmağa başlayıb. Ümumilikdə meydana 1 milyona yaxın insanın toplaşacağı gözlənilir.

Son bir neçə gün ərzində müharibələr, pandemiyalar və sosial çətinliklərə baxmayaraq, təxminən 250 minə yaxın insanın Papa ilə vidalaşmaq üçün Müqəddəs Pytr bazilikasını ziyarət etdiyi deyilir.

Fransisklə vidalaşmağa müxtəlif ölkələrdən 130-dan çox nümayəndə heyəti gəlib. Azərbaycanı dəfn mərasimində Milli Məclisin sədri Sahibə Qafarova təmsil edir.

Qeyd edək ki, Papa Fransisk aprelin 21-i 88 yaşında vəfat edib. O, Santa Maria Maggiore bazilikasında dəfn olunacaq.


“247press”in “Qafqazinfo”ya istinadən verdiyi məlumata görə, Roma Papasının dəfn mərasimi artıq başlayıb.


Mənbə

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video