Ronaldo ardıcıl üçüncü dəfə ən çox gəlir əldə edən idmançı oldu

Fidan Məmmədli
1 Min Read

Səudiyyə Ərəbistanının “Ən-Nəsr” klubunun portuqaliyalı futbolçusu Kriştianu Ronaldo ardıcıl üçüncü, karyerasında isə beşinci dəfə dünyanın ən çox gəlir əldə edən idmançıları siyahısına başçılıq edib. 40 yaşlı forvardın illik gəliri 275 milyon dollar olub.

Məlumata görə, ən çox gəlir əldə edən 10 idmançı bir il ərzində ümumilikdə 1.4 milyard dollar qazanıb.

Reytinqdə ikinci yerdə NBA-nın “Qolden Steyt” komandasının oyunçusu Stiven Karri (156 milyon dollar) qərarlaşıb.

Üçüncü yeri son bir ildə ukraynalı Oleksandr Usikə iki dəfə uduzan və yenidən karyerasını başa vuran britaniyalı boksçu Tayson Fyuri (146 milyon dollar) tutub.

Mənbə

    Share This Article
    Şərh edilməmiş