Ağ Ev ABŞ dövlət katibi Marko Rubionun ən azı altı ay həm dövlət katibi, həm də milli təhlükəsizlik məsələləri üzrə müşavir kimi fəaliyyət göstərməsini planlaşdırır.
Məlumata görə, bu barədə “Politico” qəzeti mənbələrə əsasən məlumat yayıb.
“Marko Rubionun ən azı altı ay dövlət katibi və milli təhlükəsizlik məsələləri üzrə müşavir vəzifəsini icra edəcəyi gözlənilir və prezident Donald Trampın bir neçə yüksək səviyyəli müşaviri bu vəzifəni daimi etməkdə maraqlıdır”, –məlumatda deyilir.
Nəşrin mənbələrindən birinin qeyd edib ki, Rubio milli təhlükəsizlik məsələləri üzrə müşavir vəzifəsini tutmağı planlaşdırmırdı – ondan bunu şəxsən prezident Donald Tramp və onun aparat rəhbəri tələb edib.