Rumıniyada prezident seçkisinin nəticələri ləğv ediləcək?

Fidan Məmmədli
1 Min Read

Rumıniyanın Konstitusiya Məhkəməsi Rumınların birləşməsi uğrunda Millətçi Alyansın lideri Corc Simionun seçkinin ikinci turunun nəticələrinin ləğv edilməsi tələbi ilə şikayətini rədd edib.

Bu barədə məhkəmənin saytında yerləşdirilən məlumatda bildirilib.

“Konstitusiya Məhkəməsi öz səlahiyyətləri daxilində… Rumıniyada prezident seçkisinin ikinci turunun (nəticələrinin) ləğvi ilə bağlı cənab Corce-Nikolae Simionun təqdim etdiyi vəsatəti araşdırıb. Müzakirələrdən sonra Konstitusiya Məhkəməsi yekdilliklə seçkinin (nəticələrinin) ləğv edilməsi barədə vəsatəti əsassız sayaraq, onu rədd edib”, – deyə məhkəmə qərarında qeyd olunub.

    Share This Article
    Şərh edilməmiş