Rusiya Ermənistan və Azərbaycana sülh müqaviləsinin bağlanmasında hər cür kömək göstərməyə hazırdır

Fidan Məmmədli
1 Min Read

Rusiya Ermənistan və Azərbaycana sülh müqaviləsinin bağlanmasında səmimi qəlbdən uğurlar arzulayır və bundan sonra da tərəflərə hər cür kömək göstərməyə hazırdır.

Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov tarixi cənub rus torpaqlarına həsr olunmuş yüksək səviyyəli konfransda bildirib.

Onun sözlərinə görə, Bakı ilə İrəvan arasında sülh müqaviləsi Rusiya, Ermənistan və Azərbaycan arasında bir neçə üçtərəfli sammitlər sayəsində mümkün olub.

“Hər iki tərəf də bunda maraqlı olarsa, yardım göstərməyə davam etməyə hazırıq”, – Rusiya XİN başçısı qeyd edib.

Mənbə

    Share This Article
    Şərh edilməmiş