Rusiya Prezidenti Vladimir Putin cümə günü bildirib ki, Rusiya ABŞ və Avropadan “xeyli daha çox” nüvə bombasına sahib olsa da, nüvə müharibəsi ilə bağlı müzakirələrə ehtiyac yoxdur.
“Nüvə müharibəsi” haqqında düşünməyə ehtiyac yoxdur. Və xahiş edirəm ki, belə şeylərdən danışmasınlar,”- o, St. Peterburq İqtisadi Forumunda qeyd edib.
Putin əlavə edib ki, Rusiya qüvvələri Ukraynaya qarşı Moskvanın tammiqyaslı müdaxiləsinin üstündən 27 ay keçəndən sonra “effektivliyini artırır”. Rusiya müdafiə sənayesi mərmi istehsalını 20% artırıb və onun qüvvələri “təyyarə və tanklarda düşmənlərimizin qabiliyyətlərini üstələyir,” – deyə o bildirib.
Putin dəfələrlə nüvə silahlarının istifadə edilməsi mümkünlüyü ilə bağlı şərhlər verib. Cümə günü Rusiya lideri, ölkəsinin İkinci Dünya Müharibəsində amerikalıların Hiroşima və Naqasakiya atdığı bombalardan daha güclü nüvə silahlarına sahib olduğunu qeyd edib, “amma buna gəlməyəcək”. Rusiya, 6250-lik nüvə başlığı ilə ABŞ-dan daha çox nüvə silahına sahibdir. ABŞ-dakı nüvə başlığı sayı 5500-dən çoxdur.